«Eurovision-2012» şousunun vauçerlərin biletlərə dəyişdirilməsi prosesi davam edir

«Eurovision-2012» şousunun vauçerlərin biletlərə dəyişdirilməsi prosesi davam edir
# 18 may 2012 09:27 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın ev sahibliyi etdiyi «Eurovision-2012» mahnı müsabiqəsi şousunun vauçerlərinin biletlərə dəyişdirilməsi prosesi davam edir. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, mayın 15-dən etibarən I və II yarımfinalların və finalın əsas məşqlərinin, mayın 16-dan isə canlı şouların vauçerlərinin biletlərə dəyişdirilməsinə başlanılıb.

Vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla hər gün "Gülüstan" sarayında saat 10.00-dan 22.00-dək həyata keçirilir. «Eurovision 2012» mahnı müsabiqəsi şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletləri əldə edə bilər.

Əhalinin rahatlığını təmin etmək üçün metronun "İçərişəhər" stansiyasından "Gülüstan" sarayı istiqamətində daimi olaraq xüsusi avtobuslar ("Shuttle buss") hərəkət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR