Azərbaycan prezidenti regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib

Azərbaycan prezidenti regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iştirak edib
# 28 fevral 2012 13:03 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, mərkəzdə Dövlət Proqramının üçüncü ilinin yekunları ilə bağlı təqdimat olub. Təqdimatda Azərbaycanın son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapıb.

Azərbaycan prezidenti İlham Əliyev konfransda giriş və yekun nitqi söyləyib.

Konfransda, həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “ATENA” süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad Rəsulov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, “AzMDF” zavodunun direktor müavini Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “Naxçıvan” avtomobil zavodunun icraçı direktoru Polad Sadıxov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış ediblər.

Tədbirdə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR