WTI markalı neftin ucuzlaşması davam edir

WTI markalı neftin ucuzlaşması davam edir
# 09 fevral 2012 06:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Fevralın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,30 dollar və ya 0,3% azalaraq 1 barelə görə 98,11 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, fevralın 8-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,71 dollar və ya 0,6% artaraq 116,94 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR