İranda bir il ərzində 488 nəfər edam edilib, 333 nəfər ölümə məhkum edilib

İranda bir il ərzində 488 nəfər edam edilib, 333 nəfər ölümə məhkum edilib
# 15 oktyabr 2012 14:34 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 2012-ci ilin ilk yarısında 200 nəfərdən çox insan edam edilib. APA-nın məlumatına görə, bu barədə İranın İnsan Haqlarının Müdafiə Cəmiyyəti bəyanat yayıb.

Təşkilatın sədri Əbdülkərim Lahici jurnalistlərə açıqlamasında bildirib ki, bu rəqəmlər dövlət tərəfindən verilən statistikadır: “Həqiqi edam sayı isə rəsmi rəqəmlərdən daha çoxdur”.

Qeyd edək ki, İranda Fəalların İnsan Haqları Agentliyinin yaydığı xəbərə görə, 2011-ci ilin oktyabr ayından 2012-ci ilin oktyabrına qədər İranda 488 nəfər edam edilib, 333 nəfərə isə məhkəmə tərəfindən ölüm hökmü çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR