Azərbaycan prezidenti İlham Əliyev gürcü həmkarını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev gürcü həmkarını təbrik edib
# 25 may 2012 16:22 (UTC +04:00)
APA-nın məlumatına görə, təbrik məktubunda bildirilir:
“Hörmətli cənab Prezident,
Əziz dostum,
Milli bayramınız – Dövlət müstəqilliyinin bərpası günü münasibətilə Sizi və qardaş Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın yekdil iradəsinə uyğun olaraq bu gün Azərbaycan-Gürcüstan münasibətləri dinamik və hərtərəfli şəkildə inkişaf etməkdədir.
Əminəm ki, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimizin dərinləşdirilməsi, regional qurumlar və layihələr çərçivəsində qarşılıqlı dəstək və etimada əsaslanan birgə işimizin müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da ardıcıl səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Gürcüstan xalqına əmin-amanlıq və rifah arzulayıram”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR