Elxan Məmmədov: “Almaniyalı mütəxəssislərlə əməkdaşlıq bəhrəsini verdi”

Elxan Məmmədov: “Almaniyalı mütəxəssislərlə əməkdaşlıq bəhrəsini verdi”
# 10 oktyabr 2012 11:12 (UTC +04:00)
Bakı – APA. “2008-ci ilin martında AFFA ilə Almaniya Futbol İttifaqı arasında əməkdaşlıq haqda müqavilə imzalandı. Bu, özündə almaniyalı məşqçilərin işə cəlb olunmağı niyyətini nəzərdə tutur”. Apasport.az-ın məlumatına görə, bu fikirləri AFFA-nın baş katibi Elxan Məmmədov FİFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, 4 il öncə Almaniya Futbol İttifaqı arasında imzalanan anlaşmanı yüksək qiymətləndirərək, bu ölkədən gələnlərin təcrübəsindən faydalandıqlarını bildirib: “Bu, xüsusilə hakimliyin inkişafında, gənc məşqlərin hazırlanmağında və qadın futbolunun inkişafında özünü daha qabarıq göstərdi. Həmin vaxtdan çox şey dəyişib. Məşqçilərimizin çoxu xüsusi kurslara qatılıb, bunun nəticəsi kimi UEFA lisenziyaları əldə ediblər. Qadın futbolçulardan ibarət yığmamızın almaniyalı baş məşqçisi Sissi Raytın sayəsində ölkəmiz qadın futbolunu, yığmanı ayaq üstünə qaldıra bildik. İndi fəxr edirik ki, qızlarda 2 liqamız – U-15 və U-17 var. Oradakı çempionatda 16 komanda çıxış edirdi. Beləliklə, bu sahələrdə əməkdaşlıq ilk bəhrələrini verdi”.

Qeyd edək ki, AFFA millimizin baş məşqçisi Berti Foqtsla 2008-ci ildən əməkdaşlıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR