Qadın hüquqları mövzusunda dəyirmi masa keçirilib

Qadın hüquqları mövzusunda dəyirmi masa keçirilib
# 01 mart 2012 10:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ombudsman Aparatı ilə birlikdə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında qadın hüquqları” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sərdi Hicran Hüseynova bildirib ki, fəaliyyət proqramı qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadın sahibkarlığının inkişafı, qadınların yeni peşələrə yiyələnməsi, məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının həyata keçirilməsi, zorakılıqla mübarizənin gücləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Komitə sədri deyib ki, Azərbaycanda həmişə qadın hüquqları müdafiə olunub və bu sahədə vəziyyət getdikcə yaxşılaşır. H. Hüseynova qadın hüquqları ilə bağlı qanunvericilik bazasının işlənilməsi üçün tədbirlərin davam etdirilməsini və yeni mexanizmlərin hazırlanmasını vacib sayıb. O, bu sahədə Ombudsman Aparatı ilə müzakirələrin davam etdiriləcəyini söyləyib.

Ombudsman Elmira Süleymanova Azərbaycanda qadın hüquqları ilə bağlı mövcud olan qanunvericilik bazasından və Azərbaycanın bu sahədə qoşulduğu beynəlxalq konvensiyalardan danışıb. O, Azərbaycanda qadınların, xüsusilə ahıl qadınların peşə fəaliyyətinə cəlb olunması və onların yeni peşələrə yiyələnməsi üçün kursların təşkilini vacib hesab edib.

Tədbir digər qonaqların çıxışları ilə davam etdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR