Suriya hərbçiləri Xomsda 40 silahlını məhv ediblər

Suriya hərbçiləri Xomsda 40 silahlını məhv ediblər
# 03 avqust 2012 21:52 (UTC +04:00)
Bakı-APA. Suriya silahlı qüvvələri dünən ölkənin qərbindəki Xoms əyalətində keçirilmiş əməliyyat nəticəsində 40 silahlını məhv ediblər. Bu barədə APA Sinxua agentliyinə istinadən məlumat verir.

Məlumata görə, əməliyyat tam olaraq başa çatmayıb. Hazırda hökumət qoşunları kiçik silahlı dəstələri təqib edirlər.

BMT-nin məlumatına görə, Suriyada 2011-ci ilin martından başlamış qarşıdurma nəticəsində 16 mindən çox insan həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR