“İRƏLİ” Yeni Media Akademiya iştirakçıları təcrübə keçiblər

“İRƏLİ” Yeni Media Akademiya iştirakçıları təcrübə keçiblər
# 04 avqust 2012 07:11 (UTC +04:00)
Bakı-APA. “Yeni Media Akademiya” layihəsinin iştirakçıları Yurd Tv-də təcrübədə olublar. APA-nın məlumatına görə, Yurd Tv-nin “Xəbərlər” departamentinin direktoru Səadət Məmmədova öncə iştirakçıları radio, montaj və digər iş otaqları ilə tanış edib, onlara xəbərlərin montaj olunma prosesini qısa olaraq göstərib.

Daha sonra Səadət Məmmədova fərdi olaraq, iştirakçıların nitqini, danışıq tərzini yoxlayıb. Hər bir iştirakçı suflyordan mətni oxuyaraq, özlərini xəbər aparıcısı kimi sınamağa çalışıblar. Tələbələrin çıxışını diqqətlə izləyən S. Məmmədova sonda onlara öz fikrini bildirib, nöqsanlarını qeyd edib və lazım olan tövsiyələri verib.

Səadət Məmmədova iştirakçılara öz məqsədlərinə yalnız üzərlərində daha çox çalışmaqla nail ola biləcəklərini qeyd edib və gələcəkdə “Yeni Media Akademiya”sının fəal iştirakçılarının da bu sahədə çalışmaq imkanının olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR