Gürcüstanda 71 nəfər Azərbaycan vətəndaşı ittiham edilib və məhbusluq həyatı keçirir

Gürcüstanda 71 nəfər Azərbaycan vətəndaşı ittiham edilib və məhbusluq həyatı keçirir
# 05 may 2012 00:45 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda 71 nəfər Azərbaycan vətəndaşı həbsxanada məhbusluq həyatı keçirir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli statistika xidməti informasiya yayıb. Məlumata görə, Gürcüstanda ittiham edilən və məhbusluq həyatı keçirən 315 nəfər xarici ölkə vətəndaşı var. Azərbaycandan 71, Rusiyadan 60, Türkiyədən 45, Ermənistandan 17, İsraildən 17 və Ukraynadan 15 nəfər ittiham edilən və məhbusluq həyatı keçirən vətəndaşlar Gürcüstan həbsxanalarında saxlanılır.
Gürcüstan Milli statistika idarəsinin məlumatına görə, ölkədə müxtəlif qayda pozuntularına görə, şərti cəza çəkən xarici vətəndaşlar da var. Şərti cəza çəkənlərin içərisində Rusiya vətəndaşları daha çoxdur. Azərbaycandan isə 33 nəfərə şərti cəza kəsilib. Gürcüstanda Rusiyadan 93, Ermənistandan 19, Türkiyədən 15, Hindistandan isə 11 nəfərə şərti cəza verilib. Ümumiyyətlə, Gürcüstanda mart ayının sonuna qədər 39 min 798 nəfərə şərti cəza kəsilib. Məhbus və ittiham edilənlərin sayı isə 23 min 969 nəfərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR