Bahar Muradova: “Dağlıq Qarabağ yalnız o zaman danışıqlar prosesinə cəlb oluna bilər ki, tərəflər arasında problemin həllinə dair razılıq əldə olunsun”

Bahar Muradova: “Dağlıq Qarabağ yalnız o zaman danışıqlar prosesinə cəlb oluna bilər ki, tərəflər arasında problemin həllinə dair razılıq əldə olunsun”
# 17 iyul 2012 12:13 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib. Azərbaycanın tərəfinin öz mövqeyində israrlı olduğunu söyləyən B. Muradova bildirib ki, Dağlıq Qarabağ yalnız o zaman danışıqlar prosesinə cəlb oluna bilər ki, tərəflər arasında problemin həllinə dair razılıq əldə olunsun: “Dağlıq Qarabağdan qaçqın düşmüş Azərbaycan icması yerinə qayıtdıqdan, vətəndaş hüquqları tam bərpa edildikdən və qoşunlar ərazilərimizdən çıxarıldıqdan sonra Azərbaycan öz tərkibində olan və statusu müəyyən ediləcək ərazinin nümayəndələri ilə danışıqlar prosesinə gedə bilər. Bu da danışıqlar prosesinin müəyyən mərhələsi ola bilər. Bu məsələ bu gün üçün real görünmür. Çünki nə tərəflər arasında razılaşma var, nə də deyilən şərtlər yerinə yetirilməyib. İşğal faktoru aradan qaldırılmayınca bunlar mümkün deyil”.

B. Muradova Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xankəndi şəhərində inşa olunmuş aeroporta uçuşlar etmək istəyinə də münasibət bildirib. Uçuşlar üçün beynəlxalq qanunvericiliyin olduğunu xatırladan B. Muradovanın sözlərinə görə, Azərbaycan da qərarlarında bu qanunvericiliyə əsaslanır: “Məsələ kəskinləşdiyi zaman beynəlxalq təşkilat bu şərtləri ortaya qoymuşdu. Biz öz səmamızda istənilən uçan obyektin təhlükəsizliyinə təminat veririksə, digər tərəf də suveren hüquqları pozmamaq öhdəliyini üzərinə götürüb. Deməli, əgər onlar buna razılıq veriblərsə, Azərbaycan səmasında uçuşlar etməməyə razılıq veriblər. Əgər onlar uçuş həyata keçirəcəklərsə Azərbaycan adekvat münasibət bildirəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR