Nəqliyyat Nazirliyi: Bakı-Quba-Rusiya avtomagistralında yerləşən körpünün uçmasına səbəb güclü sel suları səbəb olub

Nəqliyyat Nazirliyi: Bakı-Quba-Rusiya avtomagistralında yerləşən körpünün uçmasına səbəb güclü sel suları səbəb olub
# 18 aprel 2012 09:32 (UTC +04:00)
Hazırda Nəqliyyat Nazirliyində körpü ətrafında alternativ yolun çəkilməsi məsələsi müzakirə olunur. Bu barədə «APA-Economics»ə Nazirliyin katibliyinin rəhbəri Namiq Həsənov məlumat verib.

Onun sözlərinə görə, daşqın nəticəsində 5 aşırımlı, 90 metr uzunluğunda olan körpünün 2 aşırımı uçaraq yararsız vəziyyətə düşüb. Körpünün 40 il bundan əvvəl, 1972-ci ildə istismara verildiyini deyən N.Həsənov qeyd edib ki, 2007-ci ildə bura texniki baxış keçirilərkən onun normal vəziyyətdə olduğu aşkarlanıb: «Amma bu il sel sularının həddən artıq çox olması onu yararsız hala salıb».

Nazirlik nümayəndəsi bildirib ki, müvafiq tədbirlərin görülməsi üçün nəqliyyat naziri Ziya Məmmədov da hadisə yerində olub. Hazırda körpünün ətrafında alternativ yolun yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Ümumilikdə, Nazirlik şimal istiqamətində hərəkət edən nəqliyyat vasitələri sürücülərinin nəzərinə çatdırır ki, onlar şimal sərhədinə və Quba istiqamətinə Gəndob yolu vasitəsilə Xaçmaz rayonu ərazisindən keçməklə hərəkət edə bilərlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR