Azərbaycanın xarici işlər naziri Misirdə ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Misirdə ikitərəfli görüşlər keçirib
# 09 may 2012 15:44 (UTC +04:00)
Bakı – APA. Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki, İranın xarici işlər naziri Əli Əkbər Salehi və Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Umarov ilə görüşlər zamanı ikitərəfli münasibətlər, regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

E. Məmmədyarov tədbirdə iştirakı çərçivəsində Sudanın xarici işlər üzrə dövlət naziri Salah Vanasi ilə də görüşüb. Sudanın dövlət naziri BMT Təhlükəsizlik Şurasında sədrliyinin başlaması ilə bağlı Azərbaycanı təbrik edərək Sudanın Azərbaycanla əməkdaşlığını genişləndirmək əzmində olduğunu vurğulayıb. Görüşdə BMT Təhlükəsizlik Şurasının gündəliyində duran Sudanla bağlı məsələ ətrafında fikir mübadiləsi edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR