Göyçayda avtomobil 6 və 30 yaşlı piyadaları vurub
13 avqust 2012 11:28 (UTC +04:00)
Göyçay. Zahid Abışov – APA. Göyçay rayonunda piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Ləkçıplaq kəndində qeydə alınıb. 1965-ci il təvəllüdlü Qasımov Gülağa Məhəmmədəli oğlunun idarə etdi “VAZ 2107” markalı avtomobil Göyçay rayon sakinləri - 1982-ci il təvəllüdlü Həmidov Yadigar Səftər oğlunu və 2006-cı il təvəllüdlü Mustafayev Rəhman Müşfiq oğlunu vurub. Hər iki yaralı Göyçayda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.