Misir Mərdanov: “Avropa Birliyinə üzv ölkələrdə müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur”

Misir Mərdanov: “Avropa Birliyinə üzv ölkələrdə müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur”
# 04 iyul 2012 08:19 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanın orta məktəblərində 3 mindən çox müəllimə ehtiyac var. Onların 90 faizi rayon məktəblərinin payına düşür. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

Nazirin sözlərinə görə, ölkədə ən çox coğrafiya müəllimlərinə ehtiyac duyulur: “Artıq növbəti tədris ili üçün müəllimlərin işə qəbulu məqsədilə sənəd qəbuluna başlanılıb. Müəllimlərin işə qəbulu elan edilmiş qaydalara əsasən, həyata keçiriləcək”.

Nazir bu yaxınlarda İtaliya, Litvaya etdiyi səfəri barədə də məlumat verib. M. Mərdanov deyib ki, səfərinin məqsədi həmin ölkələrin təhsil sistemi, orada həyata keçirilən islahatlarla tanış olmaq, əlaqələri genişləndirmək və həmin ölkədə təhsil sahəsindəki nailiyyətlərini Azərbaycanın təhsil sistemində tətbiq etmək olub: “İtaliya, Litvada, ümumiyyətlə, Avropa Birliyinə üzv ölkələrdə təhsilə dövlət büdcəsindən ayrılan vəsait, müəllimlərin əmək haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Bu vəsaitlər Azərbaycanla müqayisə oluna bilməz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR