Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri martda 4,7% yüksəlib

Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri martda 4,7% yüksəlib
# 18 aprel 2012 14:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 4,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 105,2% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 5,3%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə 0,4% bahalaşıb.

«Mart ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 102% təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft məhsullarının istehsalı üzrə 3,4%, kimya sənayesi üzrə 2,8%, tikinti məmulatlarının istehsalı üzrə 2,6%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 2,3%, toxuculuq sənayesi üzrə 0,6% bahalaşıb, tütün məmulatlarının istehsalı üzrə 9,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 6,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 2,4%, metallurgiya sənayesi üzrə 2%, qida məhsullarının istehsalı üzrə 1,3%, əczaçılıq məhsullarının istehsalı üzrə 0,5%, poliqrafiya fəaliyyəti, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,4%, içki istehsalı, kompüter və digər elektron avadanlıqların istehsalı, elektrik avadanlıqlarının istehsalı və mebel istehsalı üzrə 0,2%, zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1% ucuzlaşıb», - deyə Komitədən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR