ABŞ “Mücahəddin-e-Xalq” təşkilatını terrorçu qruplaşmaların siyahısından çıxarıb

ABŞ “Mücahəddin-e-Xalq” təşkilatını terrorçu qruplaşmaların siyahısından çıxarıb
# 29 sentyabr 2012 02:45 (UTC +04:00)
Bakı-APA. ABŞ Dövlət departamenti İranın müxalif “Mücahəddin-e-Xalq” təşkilatını terrorçu qruplaşmaların siyahısından çıxarab.
APA-nın verdiyi xəbərə görə, departamentin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, bu qərarı qəbul edərək Hillari Klinton nəzərə alıb ki, “Mücahəddin-e-Xalq” rəsmi olaraq öz fəaliyyətində zorakılıqdan əl çəkməsini elan edib.

Buna baxmayaq Vaşinqton “Mücahəddin-e-Xalq”-ın keçmişdə törətdiyi terror aktlarına göz yumaq niyyətində deyil. ABŞ-ın terrorçu qruplaşmaların siyahısından çıxarılması “Mücahəddin-e-Xalq”-a dondurulmuş bank aktivlərindən istifadə etməyə imkan yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR