Azərbaycan XİN rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan XİN rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
# 13 sentyabr 2012 20:01 (UTC +04:00)
APA-nın XİN mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığın müxtəlif aspektləri və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. Azərbaycan və Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərin davam etdirilməsinin zəruriliyi vurğulanıb. Filip Lefort Azərbaycanı Avropa İttifaqı üçün mühüm tərəfdaş adlandırmış və ölkəmizin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" kimi layihələrində vacib rolunu qeyd edib.

Görüşdə həmçinin regional məsələlər və Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Münaqişənin həlli ilə bağlı nazir Azərbaycanın məlum mövqeyini qonağın diqqətinə çatdırıb və bildirib ki, Ermənistan rəhbərliyinin tutduğu mövqe münaqişənin həlli üçün siyasi iradənin olmadığı təəssüratı yaradır.

Ramil Səfərov məsələsi ilə bağlı Elmar Məmmədyarov bu məsələnin Azərbaycan üçün geridə qaldığını və Ermənistan tərəfindən təkrar qaldırılmasının siyasi məqsədlərə xidmət etdiyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR