Rüşvətxorluqda təqsirləndirilən hərbi komissar müavininin apellyasiya şikayəti təmin olunmayıb

Rüşvətxorluqda təqsirləndirilən hərbi komissar müavininin apellyasiya şikayəti təmin olunmayıb
# 28 sentyabr 2012 13:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Xətai rayon hərbi komissarının müavini olmuş Davud Hüseynovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Respublika Hərbi Prokurorluğunun Bakının Xətai Rayon Hərbi Komissarlığında apardığı yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma) və 341.1 (hakimiyyətdən sui-istifadə etmə) maddələri üzrə ittiham olunan D. Hüseynov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR