Qəbələdə avtomobil 75 yaşlı kişini vuraraq öldürüb

Qəbələdə avtomobil 75 yaşlı kişini vuraraq öldürüb
# 21 sentyabr 2012 12:10 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ rayonunda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 70-ci kilometrliyində, Qəbələ rayonu ərazisində qeydə alınıb.
Rayonun Uludaş kənd sakini, 1994-cü il təvəllüdlü Şərifov Ramazan Gözəl oğlu idarə etdiyi 85 BB 303 dövlət nömrə nişanlı “VAZ-2103” markalı minik maşını ilə yolu keçən piyada - 1937-ci il təvəllüdlü Soltannuxa kənd sakini Mustafayev Paşa Gülməmməd oğlunu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Paşa Mustafayev orada dünyasını dəyişib. Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR