Azərbaycanda «Poçt göndərişlərinin avtomatlaşdırılmış emalı» layihəsi həyata keçiriləcək

Azərbaycanda «Poçt göndərişlərinin avtomatlaşdırılmış emalı» layihəsi həyata keçiriləcək
# 16 fevral 2012 13:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda səfərdə olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) nümayəndələri Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» MMC-nin rəhbər şəxsləri və mütəxəssisləri ilə müzakirələr aparıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin sentyabrında KOİCA-nın Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk «Azərpoçt» MMC-də olarkən ölkədə poçtun çeşidlənməsi işinin avtomatlaşdırılması üçün qrant ayırmaq niyyətində olduqlarını açıqlayıb və hazırda tərəflər «Azərbaycanda poçt göndərişlərinin avtomatlaşdırılmış emalı» layihəsinin həyata keçirilməsi barədə məsləhətləşmələrə başlayıb.

Layihə poçtun emalının operativliyinin artırılmasını, xərclərin azaldılmasını, insan səhvlərinin minimuma endirilməsini, göndərişlərin həcminin artırılması və izlənməsi işinin təkmilləşdirilməsini və nəticədə gəlirlərin artırılmasının təmin edilməsini nəzərdə tutur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR