Maltanın bu gün seçiləcək Eurovision-2012 təmsilçisi Azərbaycanın milli finalında iştirak edəcək

Maltanın bu gün seçiləcək Eurovision-2012 təmsilçisi Azərbaycanın milli finalında iştirak edəcək
# 04 fevral 2012 16:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Maltanın Eurovision 2012 mahnı müsabiqəsi təmsilçisi bəlli olacaq. APA-nın eurovision.az saytına istinadən verdiyi xəbərə görə, Maltadakı milli seçimlərdə qonaq qismində İctimai Televiziyanın aparıcısı, Eurovision mahnı müsabiqəsinin şərhçisi Hüsniyə Məhərrəmova da iştirak edir. Finalda 16 yarışmaçı təmsilçi adı uğrunda yarışacaq. Maltadakı seçimlərin münsiflər heyətində Eurovision 2011-in qalibləri Eldar Qasımov və Nigar Camal da təmsil olunur. Münsiflər heyətində Azərbaycanla yanaşı, Türkiyə, Fransa, İtaliya, İspaniya, İsveçrə və Maltadan da nümayəndələr var.
Bildirilib ki, 16 iştirakçının hər biri səhnəyə öz hazırladığı mahnıyla çıxacaq. Seçiləcək təmsilçi bu gün ifa etdiyi mahnıyla Bakıda Eurovision 2012 səhnəsində çıxış edəcək. Maltadakı Milli Seçimlərin final gecəsi Azərbaycana qalibiyyət gətirən Eldar və Nigarın ifaları ilə başa çatacaq.
Maltanın bu gün seçiləcək Eurovision 2012 təmsilçisi fevralın 12-də Azərbaycanın milli seçimlərinin finalında qonaq qismində iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR