İctimai Palatanın Mitinq Komitəsi mayın 13-də və 19-da mitinq keçirilməsi haqqında qərar qəbul edib

İctimai Palatanın Mitinq Komitəsi mayın 13-də və 19-da mitinq keçirilməsi haqqında qərar qəbul edib
# 05 may 2012 10:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İctimai Palatanın Mitinq Komitəsinin iclasında mayın 13-də və 19-da mitinq keçirilməsi haqqında qərar qəbul olunub. APA-nın məlumatına görə, bunu İctimai Palatanın sessiyasında qurumun katibi, Müsavat başqanının müavini Gülağa Aslanlı deyib.

O bildirib ki, Mitinq Komitəsi Bakı Şəhər İcra Hakimiyyətinə qeyd olunan tarixlərdə mitinq keçirməklə bağlı müraciətin qısa zamanda göndərilməsi təklifini də müsbət dəyərləndirib: “Komitə təklif edir ki, mitinq üçün bir yer göstərilsin. Əgər Bakı Şəhər İcra Hakimiyyəti həmin yerdə mitinq keçirməyə razılıq verərsə, ora gedək. Verməyəcəksə də, yenə orada mitinq keçirmək iqtidarında olaq”.

G.Aslanlı İctimai Palata üzvlərini mayın 7-də Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçiriləcək piketdə fəal iştirak etməyə çağırıb. O, İctimai Palatanın sessiyasından mayın 13-də və 19-da mitinq keçirilməsi təşəbbüsünü dəstəkləməyə çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR