Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunur

Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunur
# 25 iyul 2012 12:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Bu gündən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. APA-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 1, Şirvanda 3, Araz çayının Novruzlu məntəqəsində isə 10 santimetr artım, Salyanda 4, Bankədə isə 8 santimetr azalma qeydə alınıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 386, Salyanda 204, Bankədə 223, Araz çayının Novruzlu məntəqəsində isə 130 santimetr təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6, Qanıx çayının Əyriçay məntəqəsində isə 9 santimetr azalma müşahidə edilib.

Son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuq azalıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-105, Kiçik Qafqazın çaylarında 95-125, Lənkəran-Astara bölgəsi çaylarında 70-140, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR