Dow Jones indeksi 1,9%, S&P 500 2,0%, Nasdaq 2,2% yüksəlib

Dow Jones indeksi 1,9%, S&P 500 2,0%, Nasdaq 2,2% yüksəlib
# 07 sentyabr 2012 06:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Sentyabrın 6-da Amerika fond bazarında Dow Jones indeksi 1,9% - 13 292 bəndədək, S&P 500 2,0% - 1 432 bəndədək, Nasdaq 2,2% - 3 136 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə təsir edən amillərin sırasında əsas makroiqtisadi göstəriciləri olub. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı azalıb, xidmətlər sahəsində işgüzarlıq indeksi isə avqust ayında artıb.

Avropa fond bazarlarında sentyabrın 6-da FTSE 100 indeksi 2,1% - 5 777 bəndədək, Almaniya DAX-ı 2,9% - 7 167 bəndədək, Fransa CAC-40-ı 3,1% - 3 510 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% azalaraq 1 693,0 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2635 (+0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR