Azərbaycan parlamentinin 3 deputatı Ermənistana yola düşüb

Azərbaycan parlamentinin 3 deputatı Ermənistana yola düşüb
# 21 may 2012 08:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin (MM) üç nəfərlik nümayəndə heyəti Ermənistanın paytaxtı İrəvan şəhərinə yola düşüb. APA-nın məlumatına görə, səfərdə məqsəd Qara İqtisadi Əməkdaşlıq Təşkilatı Baş Assambleyasının 39-cu plenar iclasına qatılmaqdır. QİƏT Parlament Məclisinin vitse-prezidenti Asəf Hacıyevın başçılıq etdiyi nümayəndə heyətinə deputatlar Musa Quliyev və Jalə Əliyeva daxildir. Səfər mayın 24-dək davam edəcək.

İclasda Parlament Assambleyasına sədrlik Ermənistandan Azərbaycana keçəcək. QDİƏT Parlament Assambleyasının 40-cı iclası isə bu ilin payızında Bakıda təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR