Azərbaycan «Ümid» yatağında və «Babək» strukturunda seysmik işlərə başlayıb

Azərbaycan «Ümid» yatağında və «Babək» strukturunda seysmik işlərə başlayıb
# 01 mart 2012 07:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) sifarişi ilə «Ümid» yatağında və «Babək» strukturunda 3D seysmik işlərə start verilib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, seysmik işlərə başlamadan əvvəl ərazidə mobilizasiya işləri həyata keçirilib, rekonsirovka aparılıb və seymik hörüklər açılıb. «Umid» yatağının və «Babək» strukturunun əsaslı sürətdə öyrənilməsi məqsədi ilə 3 ölçülü seysmik kəşfiyyat işlərinin cari ilin aprel ayında başa çatdırılması nəzərdə tutulur. Seysmik işlər «Caspian Geophysical» Müştərək Müəssisəsi tərəfindən «Gilavar» gəmisi vasitəsi ilə aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR