TQDK-nın 20 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək

TQDK-nın 20 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək
# 08 oktyabr 2012 12:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Noyabrın 22-24-də Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) yaradılmasının 20 illiyi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Komissiyanın 20 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib. Tədbirlər planı çərçivəsində beynəlxalq konfransla yanaşı, TQDK-nın 20 illiyi ilə bağlı hazırlanmış kitabın təqdimatı da keçiriləcək, həmçinin Komissiyanın yubileyi ilə əlaqədar jurnalistlər arasında elan edilmiş müsabiqənin nəticələri də açıqlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR