«AXA-Mbask» zəlzələ nəticəsində əmlaka dəymiş zərərə görə 42 min manat sığorta ödənişi edib

«AXA-Mbask» zəlzələ nəticəsində əmlaka dəymiş zərərə görə 42 min manat sığorta ödənişi edib
# 13 iyul 2012 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA-Mbask» sığorta şirkəti Zaqatala rayonunda baş vermiş silsilə zəlzələlər nəticəsində əmlaka dəymiş zərərə görə 42 min manat sığorta ödənişi həyata keçirib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, şirkət bu ilin may ayında Zaqatala rayonunda baş vermiş silsilə zəlzələlər nəticəsində evi yararsız hala düşən Aşağı Tala kəndinin sakini Mətanət Səmədovaya 42 min manat ödəyib.

Evin dayaq hissələri, həmçinin otaqların daxili tərtibatının xeyli zədələndiyinə şahid olan şirkət mütəxəssisləri köhnə tikilini söküb əvəzinə yenisini tikməyin məqsədəuyğun olduğu qənaətinə gəliblər.

Xatırladaq ki, 2010-cu ilin oktyabr ayında «Mbask» sığorta şirkətinin nəzarət səhm paketi (51%) «AXA Group»un (Fransa) törəmə şirkəti olan «AXA Sequros generales S.A, De Sequros Y Reasequros» (İspaniya) şirkətinə satılıb. Şirkətin səhmlərinin 49%-i isə bir yerli fiziki şəxsə məxsusdur.

«AXA-Mbask» sığorta şirkəti 1992-ci ildə «Mbask» sığorta şirkəti adı ilə fəaliyyətə başlayıb. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalı 6,731 mln. manat təşkil edib. Şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR