“Azərbaycan” İES-də qəzanın nəticələri aradan qaldırılır, bir neçə rayona elektrik enerjisinin verilişi bərpa edilib

“Azərbaycan” İES-də qəzanın nəticələri aradan qaldırılır, bir neçə rayona elektrik enerjisinin verilişi bərpa edilib
# 28 sentyabr 2012 11:05 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev hazırda Mingəçevirdədir və qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işlərə rəhbərlik edir.

Artıq 500 kVt-lıq yüksək gərginlikli “Abşeron-1” və “Abşeron-2” hava xətlərində təmir bərpa işləri başa çatdığından, onlar gərginliyə qoşulub.

Bu saatlarda 220 kVt-lıq “Mingəçevir-1” və “Mingəçevir-2” hava xətlərində bərpa işləri davam etdirilir. Artıq Ağdaş, Ucar, Göyçay və Yevlax rayonlarına elektrik verilişi bərpa edilib. Gəncə, Bərdə və daha bir neçə rayon isə hələ də işıqsızdır. Mingəçevir şəhərinə isə enerji Mingəçevir Su Elektrik Stansiyasından verilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR