AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” kitabı nəşr olunub

AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” kitabı nəşr olunub
# 10 fevral 2012 13:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” kitabı çapdan çıxıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xocalı faciəsinin 20 illiyinə həsr edilmiş kitabda erməni terrorçu və quldur birləşmələrinin Xocalıda yerli əhaliyə qarşı həyata keçirdiyi cinayətlər, soyqırımı siyasəti tarixi faktlarla diqqətə çatdırılıb. Kitabda Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər də yer alıb. Layihənin rəhbəri institutun direktoru Aytən Mustafayevadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR