Azərbaycanda ilk dəfə keçirilən “Univision” mahnı müsabiqəsi sona çatıb - FOTOSESSİYA

Azərbaycanda ilk dəfə keçirilən “Univision” mahnı müsabiqəsi sona çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 18 may 2012 08:24 (UTC +04:00)
Bakı - APA. Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında “Birinci ol” devizi altında keçirilən “Univision” mahnı müsabiqəsi sona çatıb. APA-nın məlumatına görə, mayın 17-də müsabiqənin finalı keçirilib.

Qeyd edək ki, yarışın mayın 15-də keçirilən yarımfinal mərhələsində 13 universitet finala vəsiqə qazanıb.

Yarışın final mərhələsində gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Qulu Novruzov və digər rəsmilər iştirak ediblər.

Hər bir iştirakçının ifasından öncə onun yarımfinalda çıxışını əks etdirən bir neçə saniyəlik çarx nümayiş olunub. Daha sonra öz universitetinə səs verməmək şərti ilə ilk gündən yarışmaya qatılmış 21 universitet digər universitetlərə səs verməyə başlayıb.

Səsvermə nəticəsində 197 xal toplayan Bakı Musiqi Akademiyası yarışın qalibi elan edilib.

Yarışın qalibinə “Univision” layihəsinin xüsusi kuboku və 3000 AZN təqdim edilib. Bununla yanaşı, qalib şəxs (ifaçı və ya qrup) ATGTİ-nin fəaliyyətinə cəlb ediləcək və təşkilatın müəyyən layihələrinin siması olacaq.

Tədbirdə gəncləri təbrik edən gənclər və idman naziri Azad Rəhimov layihənin çox möhtəşəm olduğunu qeyd edib: “Bu həqiqətən çox möhtəşəm bir yarış oldu. “Univision” mahnı müsabiqəsi bir daha sübut etdi ki, Azərbaycanda sözün əsl mənasında çox istedadlı və bacarıqlı gənclər var. Əminəm ki, bu gün çıxış edən gənclərin hər biri gələcəkdə “Eurovsion” mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil edə bilər”.

Növbəti illərdə yarışmanın MDB məkanına çıxarılması nəzərdə tutulub. Bununla yanaşı, Avropa Universitetlərinin də “Univision” tələbə mahnı müsabiqəsinə qoşulması istiqamətində müəyyən işlər aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR