Azərbaycanda ötən gün 13 yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycanda ötən gün 13 yol-nəqliyyat hadisəsi baş verib
# 26 aprel 2012 07:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda ötən gün 13 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, nəticədə 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Ölümlə nəticələnən yol qəzalarından biri Siyəzən rayonunda, ikisi isə Bakı şəhərində qeydə alınıb. Bakının Qaradağ rayonu ərazisində baş verən yol qəzasına “VAZ-21015” markalı avtomobil “KaMaz” markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınında yanğın baş verib və sürücü yanaraq ölüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR