Tamara Sinyavskaya: “Müslüm özü bu yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı” - FOTO

Tamara Sinyavskaya: “Müslüm özü bu yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı” - <font color=red>FOTO</font>
# 24 iyul 2012 22:42 (UTC +04:00)
Qəbələ. Ülkər Rəşidqızı – APA. “4 ildir ki, Müslüm Maqomayev həyatdan gedib. Onun adına təşkil olunan bu cür tədbirlər məni yaşadır. Mən hər birinizə, ən əsası da Müslümün xatirəsini hər zaman uca tutan Mehriban xanım Əliyevaya təşəkkür edirəm”. Bu sözləri APA-nın Qəbələyə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında SSRİ xalq artisti, tanınmış musiqiçi Tamara Sinyavskaya deyib. Qəbələdə dahi sənətkar Müslüm Maqomayevin 70 illik yubileyində iştirak edən Tamara Sinyavskaya, ilk dəfə olaraq bu məkanda olduğunu qeyd edib: “İlk dəfədir ki, Qəbələdəyəm və bura olduqca xoşuma gəldi. Heç zaman düşünməzdim ki, Azərbaycanda Qəbələ kimi gözəl guşə var. Müslüm özü bu yubiley konsertini görsəydi, əminəm ki, bu tədbirdən razı qalardı. Konsert yüksək səviyyəli təşkil edildi, olduqca mədəni və intellektli insanları cəmləşdiyi bir məkanda bütün ifaçılar əsərlərini ürəkdən və sevərək təqdim etdilər. Hər birinizə dərin hörmətlərimi və təşəkkürümü bildirirəm”.

T. Sinyavskaya onu da bildirib ki, həyatında ilk dəfə 1972-ci ildə Azərbaycana ayaq basıb və bu ilin oktyabrında bu tarixdən 40 il keçəcək: “Çox, lap çox, xoşbəxt yaşayın və bir-birinizi sevin. Mən sizləri sevirəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR