Braziliya neftçiləri “Chevron” və “Transocean” şirkətlərini məhkəməyə verib

Braziliya neftçiləri “Chevron” və “Transocean” şirkətlərini məhkəməyə verib
# 29 mart 2012 10:42 (UTC +04:00)
Bakı - APA-Economics. Braziliyanın neft sənayesi işçilərinin nəhəng təşkilatı olan FUP “Chevron” və “Transocean” şirkətlərinə qarşı iddia ərizəsi ilə çıxış edib.

APA-Economics”in xəbərinə görə, təşkilat ötən ilin noyabr ayında dəniz şelfində baş vermiş neft axınından sonra bu şirkətlərin Braziliyada çalışmasının qadağan olunmasını tələb edir.

Uzun illərdir ölkənin neft yataqlarının işlənməsində xarici şirkətlərin iştirakına qarşı çıxış edən FUP hesab edir ki, bu hadisə adı çəkilən şirkətlərin “qarətçi və ekoloji baxımdan qeyri-sağlam fəaliyyəti ilə Braziliya xalqını təhqir etməsidir”.

FUP tələb edir ki, “Chevron” 2 mlrd. dollar investisiya qoyduğu və sutkada 80 min barel neft hasil olunan yatağın işlənməsindən imtina etsin və üstəlik, kompensasiya da ödəsin.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR