Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 05 oktyabr 2012 06:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 3,57 dollar və ya 4,1% artaraq 1 barelə görə 91,71 dollar təşkil edib.

«APA-ECONOMICS»in məlumatına görə, oktyabrın 4-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 4,41 dollar və ya 4,1% artaraq 112,58 dollar olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR