Sərbəst güləşçilər Olimpiya oyunlarına Qəbələdə hazırlaşırlar

Sərbəst güləşçilər Olimpiya oyunlarına Qəbələdə hazırlaşırlar
# 28 may 2012 16:48 (UTC +04:00)
Qəbələ. Elvin Yaqubov - APA. London Yay Olimpiya Oyunlarına lisenziya qazanan sərbəst güləşçilər Qəbələ şəhərində təlim-məşq toplanışındadır. APA-nın məlumatına görə, Qəbələ Olimpiya İdman Kompleksində 6 olimpiya lisenziyaçısı - Toğrul Əsgərov (60 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq), Xetaq Qazyumov (90 kq), Cəmaləddin Məhəmmədov (120 kq), eləcə də sərbəst güləş üzrə milli yığma komandanın digər üzvləri artıq bir həftədir ki, məşq edirlər.

Təlim-məşq toplanışı iyunun 7-dək davam edəcək. İdmançılar beşulduzlu “Qafqaz Sport” otelində istirahət edir, gündə iki dəfə və ümumilikdə 4 saat olmaqla idman kompleksində təlim-məşqlərə qatılırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR