Riçard Morninqstar: “ABŞ Azərbaycana iqtisadi mühitin inkişafında yardım göstərməyə hazırdır” - FOTO

Riçard Morninqstar: “ABŞ Azərbaycana iqtisadi mühitin inkişafında yardım göstərməyə hazırdır” - <font color=red>FOTO</font>
# 28 sentyabr 2012 11:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Amerika Ticarət palatasının nümayəndələri üçün verilən illik naharda çıxışı zamanı deyib.

Səfir son illər Azərbaycan iqtisadiyyatının əhəmiyyətli dərəcədə inkişaf etdiyini, bu sahəni daha da inkişaf etdirməyin zəruriliyini vurğulayıb. O bildirib ki, ABŞ səfiri kimi təkcə iqtisadi sahəyə əhəmiyyət vermir. Riçard Morninqstarın sözlərinə görə, səfir kimi müzakirə etdiyi əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır: “Bilirəm ki, bu məsələ bütün azərbaycanlıları dərindən narahat edən məsələdir”. Səfir Azərbaycanın Əfqanıstanda keçirilən sülhyaratma əməliyyatında əhəmiyyətli rolunu qeyd edib: “Azərbaycanın Əfqanıstanda mülki cəmiyyətin inkişaf və tərəqqisinə yardım göstərmək səylərini dəyərləndiririk”.

Morninqstar bildirib ki, ABŞ Azərbaycan iqtisadiyyatının müxtəlifləşdirməyə və qeyri-neft sektorunun inkişafına kömək etməyə hazırdır. O, ölkəsinin Azərbaycanın energetika sektorunda çalışan ABŞ şirkətlərinin sayının artırılmasında maraqlı olduğunu söyləyib. Səfir xatırladıb ki, ABŞ energetika sektorunda yalnız bir şirkətlə təmsil olunur: “Düşünürəm ki, Amerika şirkətlərinin bu sahədə təmsil olunması çox mühüm əhəmiyyət daşıyır”.

Səfir həmçinin Azərbaycanın tezliklə ÜTT-yə üzv qəbul olunacağına ümidvar olduğunu deyib: “Azərbaycanın bu təşkilata qəbul olmaq niyyətinin nə qədər ciddi olduğunu bilmirəm, amma biz bu məsələni ciddi məsələ hesab edirik. ÜTT-yə qəbul və ÜTT tələblərinə uyğunlaşma Azərbaycan iqtisadiyyatının xeyrinə olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR