İsrail prezidenti İran xalqını təbrik edib

İsrail prezidenti İran xalqını təbrik edib
# 20 mart 2012 00:29 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İsrail prezidenti Şimon Peres Novruz bayramı münasibətilə İran xalqını təbrik edib. APA-nın məlumatına görə, təbrik çıxışı İsrail radiosunda əvvəl fars, sonra isə ibrani dilində yayımlanıb. Şimon Peres İran xalqını ənənəvi bayram münasibətilə təbrik edərək sülh və əmin-amanlıqda yaşamağı arzu edib.
Qeyd edək ki, İsrail rəsmiləri nüvə proqramını dayandırmadığı təqdirdə, İrana hərbi müdaxilə ediləcəyi ilə bağlı açıqlamalar verirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR