Azərbaycanın xarici işlər naziri “G-20” sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri “G-20” sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
# 20 fevral 2012 08:34 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov xarici işlər nazirlərinin qeyri-rəsmi “G-20” sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Elmar Məmmədyarov İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya-Marqayo, İtaliya Xarici İşlər Nazirliyinin dövlət katibi Marta Dassu, ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla görüşüb. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı və bir sıra regional məsələlər müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR