Azərbaycanın Monteneqrodakı səfirliyi üçün binanın alınmasına vəsait ayrılıb

Azərbaycanın Monteneqrodakı səfirliyi üçün binanın alınmasına vəsait ayrılıb
# 09 oktyabr 2012 12:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Nazirlər Kabineti Azərbaycanın Monteneqrodakı səfirliyi üçün binanın alınmasına vəsait ayırıb. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı sərəncamla Monteneqronun Podqoritsa şəhərində Azərbaycan səfirliyinin yerləşdirilməsi üçün inzibati binanın alınması məqsədilə Xarici İşlər Nazirliyinə 4 228 000 avronun manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Bundan başqa, Nazirlər Kabineti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycanın baş konsulluğunun fəaliyyətini cari ilin sonuna kimi təmin etmək məqsədilə Azərbaycanın 2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Xarici İşlər Nazirliyinə 574 515 ABŞ dolları məbləğində vəsaitin manat ekvivalentinin ayrılmasına dair qərar qəbul edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR