«Azərbaycan Sənaye Bankı» xidmətlərini genişləndirir

«Azərbaycan Sənaye Bankı» xidmətlərini genişləndirir
# 28 sentyabr 2012 14:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC müştəriləri üçün www.prestigeclub.az veb-saytını istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ASB tərəfindən 2008-ci ildə yaradılmış «VISA Prestige Club» kart proqramı plastik kart istifadəçilərinə geyim, aksesuar, məişət texnikası, səhiyyə, sığorta və bir çox sektorda fəaliyyət göstərən tərəfdaş alış-veriş və xidmət məntəqələrində endirimlər təqdim edən xidmətdir. Bu endirimlər kart ödənişləri zamanı POS-terminallara yazılmış xüsusi proqram vasitəsilə avtomatik tətbiq olunur.

Ötən il dekabrın 8-də tərəfdaş təşkilatlar siyahısının genişləndirilməsi üçün «Prestige Club» və TÜSİAB kart endirim proqramları birləşdirilib. Bu əməkdaşlıq nəticəsində hazırda qeyri-nağd ödənişlərdə «VISA Prestige Club» kartları vasitəsilə nağd ödənişlərdə isə TÜSİAB endirim kartları təqdim olunmaqla hər iki kart proqramının daxil olduğu geniş bir tərəfdaş şəbəkəsi üzərindən endirimlər əldə etmək mümkündür.
İndi əhatə dairəsi daha da genişlənən «VISA Prestige Club»la bağlı bütün ətraflı məlumatları www.prestigeclub.az saytından əldə etmək olar. Belə ki, veb səhifədə endirim proqramı haqqında təfərrüatlı məlumat, endirim şəbəkəsi, kart növləri, korporativ və individual müştərilərin on-line olaraq müraciət edə bilmələri imkanı, həmçinin istifadəçi rahatlığı nəzərə alınaraq endirim şəbəkəsinin üzvü olan hər bir brendin əlaqə vasitələri, ünvanı və xəritəsi yerləşdirilib.

Xatırladaq ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildə fəaliyyətə başlayıb. Cari ilin sentyabrın 1-nə bankın aktivləri 153,152 mln. manat, depozit portfeli 79,918 mln. manat, kredit portfeli 129,204 mln. manat, nizamnamə kapitalı 28 mln. manat təşkil edib. Bankın ölkə üzrə 9 filialı, 2 şöbəsi, 35 bankomatı və 582 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 28 mindən, cəmi müştərilərinin sayı isə 47 mindən çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR