Mark Toner: ABŞ İranla “altılıq” arasında müzakirələrin İstanbulda keçirilməsini istəyir

Mark Toner: ABŞ İranla “altılıq” arasında müzakirələrin İstanbulda keçirilməsini istəyir
# 06 aprel 2012 22:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ İranla “altılıq” arasında müzakirələrin gələn həftə İstanbulda keçirilməsini istəyir”. APA-nın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi müzakirələrin aprelin 13-də Türkiyədə keçirilməsindən yanadır: “Ancaq müzakirələrin keçiriləcəyi yeri dəqiqləşdirməyimiz lazımdır. Lakin bunu müəyyənləşdirmək bizim səlahiyyətimizə aid məsələ deyil. Bu istiqamətdə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton səylə çalışır. Gələn həftə görüşə biləcəyimiz bir yer olduğuna inanırıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR