Ankara-Naxçıvan aviareysi bağlana bilər

Ankara-Naxçıvan aviareysi bağlana bilər
# 13 aprel 2012 12:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Türk Hava Yolları» aviaşirkəti Ankara-Naxçıvan-Ankara aviareysini İstanbul-Naxçıvan-İstanbul aviareysi ilə əvəzləyə bilər.

Bu barədə «APA-Economics»ə «Türk Hava Yolları»nın Azərbaycandakı nümayəndəliyinin baş meneceri Fatih Güvən bildirib.

Onun sözlərinə görə, hazırda aviaşirkət Ankara-Naxçıvan-Ankara marşrutu üzrə uçuşları həftədə 1 dəfə yerinə yetirir, Naxçıvandan Ankaraya gedənlər isə 1 həftəlik deyil, əksər hallarda 3-4 günlük gedir: «Biz sözügedən aviareysi İstanbul-Naxçıvan aviareysi ilə əvəz etmək niyyətindəyik. Bu qərar hələ təsdiqlənməsə də, bizim bu cür planlarımız mövcuddur».

Qeyd edək ki, hazırda Naxçıvandan Ankaraya uçuşlar hər həftənin IV günləri saat 06:10-da yerinə yetirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR