BBVB-nin valyuta bölməsində 828 min dollarlıq əqdlər bağlanılıb

BBVB-nin valyuta bölməsində 828 min dollarlıq əqdlər bağlanılıb
# 12 aprel 2012 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakı Banklararası Valyuta Biryasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, USD/AZN ortaölçülü məzənnəsi 0,7855 AZN/$1 təşkil edib.

BBVB-dən «APA-ECONOMICS»ə verilən məlumata görə, BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,7855 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər bağlanılmayıb. Sessiyanin nəticələrinə görə manatın orta məzənnəsi dollara nisbətən 0,7855 AZN təşkil edib.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 650 808 AZN, manatın orta məzənnəsi isə dollara nisbətən 0,7855 AZN təşkil edib.

Beləliklə, hər iki sessiyanın nəticələrinə görə, BEST-in ümumi həcmi USD/AZN aləti üzrə 828 min dollar və ya 650 808 AZN təşkil edib.

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb.

Avro və Rusiya rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

Qeyd edək ki, BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 12,44%, ABŞ dolları üzrə isə illik 13,31% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR