BMT Urmiya gölünün qurumasının qarşısını almaq üçün 135 milyon dollar ayırıb

BMT Urmiya gölünün qurumasının qarşısını almaq üçün 135 milyon dollar ayırıb
# 30 oktyabr 2012 12:05 (UTC +04:00)
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın vitse-prezidenti, ölkənin Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədizadə bildirib. Onun sözlərinə görə, gölə tökülən çayların sularından düzgün istifadə etməmək və qeyri-qanuni şəkildə yararlanmaq Urmiya gölünün qurumasına gətirib çıxarır.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. İran hökuməti 2011-ci ilin sentyabrında Urmiya gölündə ekoloji fəlakətin aradan qaldırılmasına 900 milyon dollar vəsait ayırmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR