Azərbaycanın daha bir boksçusu London olimpiadasına vəsiqə qazanıb, ölkənin qazandığı lisenziyaların sayı 34-ə çatıb

Azərbaycanın daha bir boksçusu London olimpiadasına vəsiqə qazanıb, ölkənin qazandığı lisenziyaların sayı 34-ə çatıb
# 20 aprel 2012 16:04 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, Azərbaycandan ilk olaraq rinqə çıxan Vətən Hüseynlinin (81 kq) çıxışı uğurlu olub. Belə ki, ingiltərəli Kallum Smitə qalib gələn Vətən finala çıxmaqla, eyni zamanda London-2012-ə vəsiqə qazanıb.

Vətəndən sonra rinqə Məhəmməd Əbdülhəmidov çıxmalı idi. 56 kq-da döyüşən boksçumuzun rəqibi gürcüstanlı Merab Turkadze olsa da, görüş baş tutmayıb. Belə ki, rəqib zədə üzündən rinqə çıxmadığından, təmsilçimiz birbaşa finala vəsiqə qazanıb. Məhəmməd hələ yarımfinala çıxmaqla, olimpiya lisenziyası qazanmışdı.

Qeyd edək ki, Hüseynli Azərbaycan boksçularının Londona 7-ci, ümumilikdə idmançılarımızın 34-cü olimpiya lisenziyasının müəllifi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR