Dənizkənarı Milli Parkda intihara cəhd olub

Dənizkənarı Milli Parkda intihara cəhd olub
# 09 oktyabr 2012 06:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub. Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1966-cı il təvəllüdlü Eleanora Cəbrayılova ötən gecə “Saat Gülləsi”nin qarşısında intihar məqsədi ilə özünü dənizə atıb.

Hadisə yerində olan vətəndaşların və əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin səyi nəticəsində qadın xilas edilib.

Hazırda onun özünə intihara cəhd etməsinin səbəbləri araşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR