Azərbaycanda yanacaqdoldurma stansiyasında yanğın olub

Azərbaycanda yanacaqdoldurma stansiyasında yanğın olub
# 14 avqust 2012 11:19 (UTC +04:00)
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Masallı rayonu, Seybətin kəndində “Doğuş Petrol” MMC-yə məxsus yanacaqdoldurma stansiyasının ərazisində qeydə alınıb.

“KamAZ” markalı yanacaq daşıyan avtomobil içərisində olan, təxminən 32 ton yanacağı (A-92 markalı benzin) yeraltı çənə boşaldan zaman yanğın meydana gəlib. Nəticədə 4 ton yanacaq yanıb, xəsarət alan olmayıb. Yanacağın qalan hissəsi və stansiyanın ərazisində olan yeraltı yanacaq çənləri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən tam söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR