Azərbaycanın tədiyyə balansının müsbət saldosu 1,9 dəfə azalıb

Azərbaycanın tədiyyə balansının müsbət saldosu 1,9 dəfə azalıb
# 11 sentyabr 2012 12:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın 2012-ci ilin I yarımillik üzrə tədiyyə balansının ümumi saldosu müsbət 3 924,1 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 1,9 dəfə azdır.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumatına görə, əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin yanvar-iyun aylarında xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub.

Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyasını, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Ümumi nəticədə 2012-ci ilin yanvar-iyununda neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 12,0 mlrd. dollar olub. Ötən yarımillikdə cari əməliyyatlar hesabında 8,2 mlrd. dollar məbləğində profisit yaranıb. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 4,3 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.

Tədiyyə balansının əsas göstəriciləri
(mln. doll.)

2011-ci il, 6 ay

2012-ci il, 6 ay

I.Cari əməliyyatlar
hesabının saldosu 10 220,3 8 162,1
Xarici ticarət balansı 13 677,8 12 403,5
Xidmətlər balansı - 1 190,7 - 1 769,5
Gəlirlər balansı - 2 604,4 - 2 352,0
- İnvestisiya gəlirlərinin repatriasiyası - 2 776,0 - 2 443,7
Cari transfertlər balansı 337,6 - 119,9

II.Kapitalın və maliyyənin
hərəkəti hesabının saldosu - 2 670,4 - 4 238,0
Birbaşa investisiyalar 498,4 244,5
- Azərbaycana cəlb olunmuş 2 000,5 2 496,1
- Xaricə yönəldilmiş - 103,7 - 689,6
- İnvestisiyaların repatriasiyası - 1 398,4 - 1 562,0
Kreditlər və digər investisiyalar - 3 168,8 - 4 484,5
Neft bonusu - 2,0

III.Tədiyə balansının
ümumi saldosu 7 549,9 3 924,1




Hesabat dövrü ərzində xarici ticarət dövriyyəsi 22,0 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 12,4 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın dünyanın 138 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 9,5%-i MDB üzvü olan dövlətlərin, 90,5%-i isə digər xarici dövlətlərin payına düşür.

Tədiyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 17,2 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,0% olub. Xarici dövlətlərə 15,6 mlrd. dollarlıq neft məhsulları ixrac olunmuş, ixrac olunmuş neft
məhsullarının 805,3 mln. dolları neft emalı məhsullarının, 14,8 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 13,9 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 908,1 mln. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 69,0 mln. dolları “Şahdəniz” yatağından hasil edilmiş kondensatın, 385,6 mln. dolları isə ARDNŞ-nin payına düşür.

Qeyd edək ki, 2012-ci ilin yanvar-iyun aylarında ölkənin qeyri-neft ixracı 29,8% artaraq 1 020,1 mln. dollar təşkil edib.

(mln. doll.)

İxracın strukturu

2011-ci il, 6 ay

2012-ci il, 6 ay

Yanacaq-xammal məhsulları

17 766,4

16 527,2

- neft-qaz məhsulları

17 465,6

16 205,1

- digər xammal

300,8

322,1

Maşın və avadanlıq

86,8

271,5

İstehlak malları

371,9

406,2

Digər mallar

26,5

20,3

İxrac cəmi

18 251,6

17 225,2



Hesabat dövrü Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 4,8 mlrd. dollar təşkil edib. İstehlak malların idxalının ümumi dəyəri 2 028,8 mln. dollar olub ki, bunun da 607,1 mln. dolları ərzaq məhsullarının payına düşür:

(mln. doll.)

İdxalın strukturu

2011-ci il, 6 ay

2012-ci il, 6 ay

İstehlak malları

1 746,8

2 028,8

- ərzaq məhsulları

622,0

607,1

- qeyri-ərzaq məhsulları

1 124,8

1 421,7

İnvestisiya yönümlü mallar

368,4

444,1

Digər mallar

2 458,5

2 248,8

İdxal cəmi

4 573,7

4 821,7



Mərkəzi Bankın hesablamalarına görə, idxalın strukturunda xüsusi çəkisi 9,2% təşkil edən xarici investisiyalar hesabına gətirilmiş maşın və avadanlıqların 91,9%-ni beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilən mallar təşkil edir. Bundan başqa, ölkəyə ümumi məbləği 2 348,8 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları gətirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR